22 Oktyabr 2019 11:23
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hava-Kosmik Qüvvələrinin vertolyotları əvvəllər ABŞ bazası olan Suriyanın Rakka əyalətindəki Tabka hərbi aerodromuna enib.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Suriya ordusunun bildirdiyinə görə, terrorçular hava limanındakı uçuş-enmə zolağını dağıdıb. ABŞ hərbi qulluqçuları isə onu bərpa etməyiblər. Hal-hazırda tıxanma və dağıdılmış texnikanın təhlili üzərində iş aparılır.

Bundan əvvəl rusiyalı jurnalistlər Suriyanın Hələb əyalətindəki tərk edilmiş ABŞ hərbi bazasına baş çəkiblər. Rusiya federal kanallarında çalışanları hərbi polis və Suriya xüsusi təyinatlıları müşayiət edib.


Müəllif: Səxavət