22 Oktyabr 2019 11:09
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Super Liqa yarışlarında Güney Azərbaycanın Təbriz şəhərini təmsil edən “Traktor-Azərbaycan” futbol klubu Mazandaran təmsilçisinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, rəqib meydanında “Nəssaci” ilə qarşılaşan Təbriz təmsilçisi meydandan böyük hesablı qələbə ilə ayrılıb.

4:0 hesabı ilə başa çatan oyunda “Traktor-Azərbaycan”a qələbə qazandıran qollar 52-ci dəqiqədə Vilian Mimbella, 61 və 63-cü dəqiqələrdə Sasan Ənsari və 85-ci dəqiqədə Yukia Sugita tərəfindən vurulub.

Təbriz klubu bu qələbədən sonra turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.


Müəllif: Mənsur Rəğbətoğlu