22 Oktyabr 2019 13:30
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselona rəhbərliyinin ilkin hesablamalarına görə, etiraz aksiyalarından dəyən zərər 2,7 milyon avro ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazır.

Qeyd olunur ki, bu məbləğə zədələnmiş konteynerlərin, küçə infrastrukturunun, avtomobillərin, motosikllərin, evlərin və restoranların təmir xərcləri daxildir. Daha 500 min avro isə hotel sahiblərinin itkiləri kimi qiymətləndirilir.

Bundan əvvəl Kataloniyanın müxtəlif şəhərlərində bir həftə davam edən etiraz aksiyaları zamanı 289 nəfərin zərər çəkdiyi, iğtişaşlarda iştirak edən 199 nəfərin tutulduğu bildirilmişdi. Barselonada kütləvi etirazlar 2017-ci ildə müstəqillik referendumu iddiası ilə katalon siyasətçilərinin mühakiməsindən sonra başlayıb.


Müəllif: Səxavət