22 Oktyabr 2019 12:21
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının komandanı, general Ostin Skott Miller son bir neçə ildə bu ölkədəki Amerika hərbi qüvvələrin sayının 2 min azaldıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə ABŞ müdafiə naziri Mark Esperlə Kabildə keçirdiyi mətbuat konfransında bildirib.

General qeyd edib ki, indiyədək bu barədə ictimaiyyətə açıqlama verilməsə də, ABŞ son bir neçə ildə Əfqanıstandan 2 min hərbi qüvvəsini geri çəkib.

Əfqanıstandakı ABŞ hərbi qüvvələrinin sözçüsü Sonni Leggett hazırda bu ölkədə 13 min canlı qüvvə qaldığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu