22 Oktyabr 2019 15:31
3 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin köməkçisi Oleq Syromolotov Türkiyə və Rusiya prezidentləri arasında keçirilən görüş vaxtı ilginc bir açıqlama verib.

Teleqraf.com xəbər verir ki, rusiyalı diplomat Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatların bu ölkənin ərazi bütövlüyünü pozduğunu bildirib.

Syromolotovun açıqlaması “Röyters” kimi dünyanın nüfuzlu media qurumlarında yer alıb.

“İnterfax” məlum xəbəri yayanda artıq Putin-Ərdoğan görüşü başlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu