22 Oktyabr 2019 16:02
2 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ABŞ-la anlaşma çərçivəsində Suriyada hərbi əməliyyatlara fasilə verdiyi vaxt bölgədə ilginc gəlişmələr baş verir.

Teleqraf.com xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd vətəndaş müharibəsinin başlamasından bu yana ilk dəfə İdlibə gəlib.

Əsəd Hübeyd qəsəbəsində Suriya ordusunun hərbçiləri ilə bir araya gəlib.

Hübeyd avqustun 11-də Suriya ordusunun nəzarətinə keçib.

​3 milyona yaxın insanın yaşadığı İdlib vilayətində avqustun 31-də Rusiya və Türkiyənin patronajlığı altında elan edilmiş atəşkəs hələ də davam edir.

Əlavə edək ki, İdlib Türkiyə ilə sərhəddə yerləşir.


Müəllif: Mənsur Rəğbətoğlu