22 Oktyabr 2019 16:45
2 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriyada sabitliyin bərpa olunması Rusiya prezidentinə Türkiyəni Qərb və NATO-dan uzaqlaşdırmaq imkanı verir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Mitteldeutsche Zeitung” qəzeti yazıb.

Nəşrə görə, Vladimir Putin Suriyada Bəşər Əsəd rejiminin təhlükəsizliyini təmin etməklə, bölgədə ABŞ-a qarşı güclü müqavimət formalaşdırdığını isbat edir:

“Suriyada davamlı bir sabitlik Kreml şefinin öz ölkəsi üçün də böyük qazancdır. Putin heç vaxt boş yerə sabitlik toxumu səpmir. Suriyada sülhün təmin olunması, Putinə Türkiyəni Qərb və NATO-dan uzaqlaşdırmaq imkanı verir. Çünki Putinin yanında yer alanlar bütün məyusluqlara hazır olmalıdır”.

“Leipziger Volkszeitung” qəzeti də Türkiyə prezidentinin rus həmkarı ilə isti münasibətlərinə diqqət çəkir:

“Ərdoğan həftələrdir Qərb dünyasını ələ salmaqdan başqa bir iş görmür. ABŞ prezidentinin “Axmaq olma, kürdlərə qarşı yaxşı ol” dediyi məktubu zibil qutusuna atdı. Almaniya xarici işlər nazirinə də “təcrübəsiz”deyərək sataşdı.

Amma indi ciddiləşir, bu gün özünə nəzarəti daha da artıracaq. Çünki bu gün Soçidə Putinin qonağıdır. Rusiya prezidenti haqda kimsə zarafat etmir, Ərdoğan da bura daxildir. Rusiya hazırda Suriyada təkcə hava məkanına nəzarət etmir, Putinin qüvvələri eyni zamanda, Suriya torpaqlarında nizamı quran əsas gücdür”.


Müəllif: Mənsur Rəğbətoğlu