22 Oktyabr 2019 20:24
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın əlində hansı faktlar var ki, Ərdoğan Trampın təhqiramiz məktubunu asanlıqla həzm etdi?”

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılçdaroğlu deyib.

CHP sədri ABŞ prezidentinin türk həmkarına yazdığı məktubu sərt tənqid edib: “Bəlkə siz biləsiniz, bu məktubu necə həzm etdilər? ABŞ-ın əlində hansı faktlar var ki, bunu yalayıb uddular? Sahib olduğu əmlakla bağlıdır, ya başqa bir şeylə?”.

Əlavə edək ki, ABŞ prezidenti bir neçə gün əvvəl Ankaraya göndərdiyi məktubda türk həmkarını “axmaq” adlandıraraq, Türkiyə iqtisadiyyatını yox etməkdə hədələmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu