23 Oktyabr 10:12
752

ABŞ atəşkəs müddətinin başa çatmasından sonra YPG və Suriya Demokratik Qüvvələri terror təşkilatlarının Suriya-Türkiyə sərhədlərindən geri çəkildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ hökumətinə istinadən “Röyters” agentliyi məlumat yayıb.

SDQ komandanı Mazlum Kobani anlaşmanın şərtlərini tam yerinə yetirdiyini bildirib.

“Röyters”ə danışan bir amerikalı rəsmi bundan sonra Türkiyənin bölgədə əməliyyatlara başlayacağı halda, bunun sanksiyalarla nəticələnəcəyini deyib.

Açıqlamada YPG qüvvələrinin təhlükəsizlik zolağından tam çıxdığı ifadə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu