23 Oktyabr 2019 11:30
2 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kürd Özünümüdafiə Qüvvələri Suriyanın şimalındakı təhlükəsizlik zonasını tamamilə tərk edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens açıqlama verib.

Pensin sözlərinə görə, ABŞ hökuməti kürdlərin müdafiə qüvvələrinin komandirindən bütün silahlı qüvvələrin Türkiyənin hərbi nəzarəti altındakı bölgədən çıxarıldığı barədə bir mesaj alıb.

ABŞ-ın vitse-prezidenti əlavə edib ki, Vaşinqton kürd müttəfiqlərinə İŞİD terror təşkilatına qarşı əməliyyatlarda göstərdikləri köməyə görə minnətdardır:

“İŞİD-lə mübarizədə məqsədlərimizə çatdıqdan sonra Prezident Donald Tramp Amerika xalqına verdiyi sözü tutur və qoşunlarımız vətənə qayıtmağa başlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu