23 Oktyabr 11:45
598

YPG/PKK terror ünsürləri Suriya sərhədlərindən çəkilməyəcəyi təqdirdə türk ordusu onların üzərindən keçəcək.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov jurnalistlərə açıqlamasında Rusiya ilə Türkiyə arasında əldə edilən razılaşmanı da qiymətləndirib. ABŞ-ın son illər YPG/PKK ünsürlərinin ən yaxın müttəfiqi olduğunu xatırladan Kremlin sözçüsü deyib ki, bu müttəfiqliyin nəticəsində ABŞ onlara xəyanət edib: “İndi onları sərhəddə yanlız buraxıb türklərlə müharibə aparmağı sövq edirlər”.

Peskov razılaşma çərçivəsində YPG/PKK-nın sərhəddən çəkilməsinin lazım olduğunu vurğulayıb: “Əgər geri çəkilməsələr, rus hərbi polisi Suriyanın sərhəd təhlükəsizliyini qorumaq məcburiyyətində qalacaq. Rusiya ilə Türkiyə arasında əldə edilən razılaşma çərçivəsində geri çəkilməmələri halında türk ordusu onların üzərindən keçər”.


Müəllif: Cavad