23 Oktyabr 13:36
355

Türkiyənin Suriya ərazilərində təhlükəsizlik bölgəsi mövzusunda əvvəlcə ABŞ-la, sonra isə Rusiya ilə anlaşma əldə etməsindən sonra Donald Tramp yenidən Suriya həmləsi edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Əl-Qaidə” terror təşkilatına yaxınlığı ilə seçilən silahlı qrupa maliyyə dəstəyi göstərəcək.

Tramp “Əl-Qaidə”nin Suriya qoluna bağlı olan birliyə maliyyə dəstəyi göstərəcək. “Ağ dəbilqəlilər” olaraq tanınan qrupun ABŞ-la yaxın münasibətlər quracağı ehtimal olunur. Bəzi məlumatlara görə, “Ağ dəbilqəlilər” “Əl-Qaidə”nin Suriya qolu olan “Əl Nusra cəbhəsi”nə yaxındır. ABŞ rəhbəri bu quruma təxminən 4,5 milyon dollar dəstək vermək təklifini qəbul edib.

Ağ Ev məlumatı təsdiq edib.


Müəllif: Cavad