23 Oktyabr 15:52
951

“Moskva Tehranın nəzarətində olan qüvvələrlə tərəfdaşlıq edərək, özünü diplomatiyanın əsas qüvvəsi və Suriya münaqişəsi ətrafında gedən güc uğrunda mübarizənin regional gücü elan etdi”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blomberq” agentliyi yazıb.

Mənbə İsrail Baş naziri Binyamin Netanyahu və İranın Qüds xüsusi təyinatlılarının komandanı, general Qasım Süleymani arasında görüşün keçirilə biləcəyi ehtimalına da toxunub.

Nəşrə görə, bu görüşdə Netanyahu və Azərbaycan əsilli general Yaxın Şərqdəki (Suriya) təhlükəsizlik məsələlərini müzakirə edə bilər. Lakin görüşün harada baş tutacağı naməlum olduğu bildirilib.

“Blomber” qeyd edir ki, Kreml BƏƏ ilə yanaşı bölgədəki digər ölkələrlə, o cümlədən Səudiyyə Ərəbistanı və Misir kimi ABŞ tərəfdaşları ilə artan hərbi-siyasi əlaqələrdən də zövq alır.

Məqalədə vurğulanır ki, Türkiyənin son vaxtlar Rusiyadan hərbi texnika (“S-400” zenit-raket sistemi) alması NATO-da parçalanmaya səbəb olur:

“Moskva eyni zamanda, Liviyada vətəndaş müharibəsinə müdaxilə edərək, Amerika vətəndaşlığına sahib olan general Xəlifə Haftarın komandanlığı altında üsyançı qüvvələrə dəstək verir.

Yaxın Şərqdə bu canlanmanı təmin etmək üçün Putin çox iş gördü. Bununla yanaşı Putin demək olar ki, bölgədə bütün oyunçular üçün “qapıları açıq” qoyaraq, uğurlu diplomatik gediş etdi”.


Müəllif: Mənsur Rəğbətoğlu