Türkiyənin baş naziri Əhməd Davudoğlu Təhsil Nazirliyindəki çıxışında Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) "Türkiyədə ələvi ailələr üçün məcburi dərs" qərarına münasibət bildirib.
Teleqraf.com bildirir ki, Davutoğlu Türkiyədə din mədəniyyəti və əxlaq dərslərinin bütün dinləri eyni səviyyədə öyrətdiyini bildirib.
"Bəzi ölkələrdə dini dərslər kilsələrdə keçirilir. Bir din bütün şagirdlərə öyrədilir. Bunu görməyib də, Türkiyədə dini təzyiqlər var demək doğru olmaz. Mən marksist deyiləm, amma təhsil alarkən Marksı oxudum. Ateist də dini bilgilərə malik olması üçün dini kitabları, İslamı öyrənməlidir".
Davudoğlu onu da qeyd edib ki, kürd dili ilə bağlı islahatlar daxildə və xaricdə dəstəklənir: "Yunus Əmrənin gözəl türkcəsi ilə Feqiye Teyaranın gözəl kürdcəsi arasında fərq yoxdur. Türkiyə hüquqi dövlətdir, ictimai düzən əsasdır. Məktəb açmanın prosedur qaydaları var, məktəbə hücum terrordur".
Ayxan