Rus separatçılarının Donetskdəki Nijnaya Krınka qəsəbəsini üç saat “Qrad” raketindən atəşə tutması nəticəsində 10 dinc sakin həlak olub.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, terrorçular yaşayış məntəqələrini nişan alıblar: “Bu gün, sentyabrın 17-də saat 8:45-dən 11:40-dək Nijnaya Krınka yaşayış məntəqəsində terrorçular yerli sakinlərin evlərinə raketlərdən atəş açıblar”.
Atəş nəticəsində 9 yaşayış evi dağılıb və onlarla insan yaralanıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.