1 May 2014 11:29
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 10-da ailələrinə zəng edib “Biz Suriyadakı döyüşə qatılmağa gedirik” deyən Bosniya əslli avstriyalı iki gənc qız Türkiyədə tapılıb.

Teleqraf.com-un məlumatına görə, 16 yaşlı Səmra Kesinoviç və 15 yaşlı Səbina Səlimoviç Türkiyədən Suriyaya keçmiş, gənc qızların Suriyada əllərində silahla çəkilən fotoşəkilləri mediada yayımlanmışdı.
Avstriya polisinin açıqlamasına görə, Kesinoviç ötən həftə Türkiyədən bacısına zəng edərək hər ikisinin də səhhətinin yaxşı olduğunu söyləyib.

Polis Tomas Keiblinger qızları tapmaq üçün türk polisi və Avstriya polisinin birgə iş apardığını deyib. İnterpolda axtarışda olan Kesinoviç və Səlimoviçin Vyanadan Ankaraya, oradan da Adana şəhərinə uçduqları bildirilir.

Kəmalə


Müəllif: