Rusiyanın ən zəngin iş adamlarından “Sistem Holdinq”in sahibi Vladimir Yevtuşenkov ev həbsinə alınıb.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, 1993-cü ildən bəri fəal iş adamı həyatını davam etdirən Yevtuşenkov telekommunikasiya və neft sektorunda fəaliyyət göstərir. Onun qeyri-qanuni yolla pul əldə etmə maddəsi ilə ittiham olunduğu bildirilir.
Rus iş adamı Mixail Hodorkovski Rusiya mətbuatına verdiyi müsahibədə Yevtuşenkovun ev həbsinə alınmasının arxasında Rosneft şirkətinin rəhbəri İqor Seçinin olduğunu deyib.
Rosneft şirkəti isə Hodorkovskinin iddialarını cəfəngiyyat adlandırıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.