“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı yayımladığı “Müharibənin alovları” adlı videoda Ağ Evi və ABŞ ordusunu təhdid edib.
Teleqraf.com radikal.com-a istinadən xəbər verir ki, bu videonun yayılmasına səbəb ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiyaya terror qruplaşmasının cavabdır.
ABŞ Prezidenti Barak Obamanın çıxışı əsnasında Ağ Evin yanından keçən maşının etdiyi yüksək keyfiyyət çəkilişin sonunda isə "yaxın vaxtlarda" yazısı görünür.
İŞİD-in ingilis dilində təbliğat vasitəsi olan Əl Həyat media mərkəzi tərəfindən yayımlanan videoda ABŞ-ın keçmiş prezidenti Corc Buşun və müdafiə naziri Donald Ramsfeldin İraq səfərindən görüntülər də yer alır.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.