Ukraynada separatçılarından xilas olan hərbçi və mülki vətəndaşlar rastlaşdıqları işgəncə faktları ilə bağlı çoxsaylı məlumatlar verirlər.
Teleqraf.com UNİAN-a istinadən xəbər verir ki, hərbi əməliyyatlar gedən zonalarda işləyən tibb işçiləri də işğal olunmuş ərazilərdəki vəhşilikləri təsdiq edirlər.
“Aydar” batalyonunun Emma adlı tibb işçisi həlak olanların meyitlərini tanımaq üçün hər dəfə Luqanskdakı morqlara yollanır.
Emma “Aydar”ın işgəncə verilmiş əsgərlərinin çoxsaylı şəkillərini təqdim edir. Onun sözlərinə görə, bütün bu işgəncələr separatçılar tərəfindən edilir.
Nihad