Çin əsas ticarət məsələləri ilə bağlı ABŞ-la razılıq əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.
Çinin baş nazirinin müavini Lü He və ABŞ maliyyə naziri Stiven Mnuçin, həmçinin Vaşinqtonun ticarət danışıqlarında təmsilçisi Robert Laythayzer arasında noyabrın 1-i telefon danışığı baş tutub. Danışıqlar zamanı iki ölkə arasında ticarət razılaşmasının əldə edilməsi üçün vacib olan əsas məsələlər müzakirə edilib.
Tərəflər həmçinin gələcək məsləhətləşmələrin keçirilmə cədvəli ətrafında da fikir mübadiləsi aparıblar.