2 Noyabr 2019 20:00
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın “Traktor” futbol klubu ilə Tehranın “Perspolis” komandası arasında keçirilən görüşdə müstəqillik şüarları səsləndirilib.

Teleqraf.com xəbər verir ki, Təbriz klubunun azarkeşləri stadionda milli şüarların əks olundu bannerlər Türkiyə və Azərbaycan bayraqları qaldırıblar.

“Traktor” tərəfdarlarının nümayiş etdirdiyi bannerlər arasında türk və ingilis dillərində yazılan bir banner xüsusi diqqət çəkib.

Həmin bannerdə böyük hərflərlə “Seçim sizinlədir: Çexoslovakiya, yoxsa Yuqoslaviya?” sözləri yazılıb.

Çexoslovakiya 1992-ci il dekabrın 31-də dinc yolla Çexiya və Slovakiya respublikalarına bölünüb.

Yuqoslaviyada isə müstəqillik tələb edən etniklərə qarşı zorakılıq tətbiq olunub. 1989-cu ildə bu səbəbdən Yuqoslaviyada ölkədaxili savaş başlayıb və soyqırım aktı törədilib. Proseslər ölkənin 7 müstəqil dövlətə parçalanması ilə başa çatıb.

Güneydən olan soydaşlarımız nümayiş etdirdikləri banner və səsləndirdiyi şüarlarla Güney Azərbaycan türklərinin Tehranın təzyiqlərinə məruz qaldığı mesajını veriblər.


Müəllif: Mənsur Rəğbətoğlu