Hindistanda yeni doğulan körpə qızı torpağa basdırmaq istəyən baba və onun dostu polis tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Heydərabad şəhərində baş verən hadisədə yoldan keçən avtomobil sürücüsü təsadüfən iki nəfərin torpağı qazdığını görüb.
Əllərində dəsmala bükülmüş körpəyə diqqət edən sürücü dərhal polisə məlumat verib. Körpənin babası hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşlarına uşağın öldüyü üçün basdırmaq istədiyini deyib. Amma körpənin yaşadığını görən polis hər iki şübhəlini həbs edib. Uşaq isə yoxlanış üçün xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Hindistanda ərə veriləndə ödəniləcək cehiz üçün maddi yük sayılan qız uşaqlarının öldürülməsi geniş vüsət alıb. Bu cür əməllər xüsusilə əyalətlərdə adət halını alıb. Bir müddət əvvəl də Uttar Pradeş əyalətində canlı torpağa basdırılan körpə qız uşağı aşkar edilmişdi.