İngiltərə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsi bir sıra problemlər yaradıb.
Teleqraf.com xəbər verir ki, ölkə ərazisində əsən güclü küləklər nəqliyyatın hərəkətinə maneələr törədib. Külək səbəbindən Duvr limanında bütün sərnişin xidmətləri dayandırılıb.
Dorset şəhərində isə güclü külək səbəbindən aşan ağac avtomobilin üzərinə düşərək sürücü qadının ölümünə səbəb olub. Şəhərin başqa hissəsində isə binanın dam örtüyünün uçması nəticəsində bir çox avtomobil zədə alıb.
Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.