NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə barədə sensasion açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi anti-terror əməliyyatları barədə danışan Stoltenberg heç bir müttəfiq ölkənin Türkiyə qədər suriyalı qaçqın qəbul etmədiyini bəyan edib.
"Türkiyə 3,6 milyon insan qəbul edib. Heç bir ölkə Türkiyə qədər terror hücumuna məruz qalmayıb", - deyə Stoltenberq söyləyib.
Türkiyənin önəmli müttəfiq olduğunu bildirən baş katib, Suriyada İŞİD terrorçularının məhv edilməsində də Türkiyənin böyük rol oynadığını qeyd edib.