3 Noyabr 2019 12:27
340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 3-də Yaponiyanın Hönşü adasının şimal-şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri Sakit okeanın Fukuşima prefekturası sahillərində, ocağı okean dibindən 30 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib. Yeraltı təkanlar qonşuluqdakı İvate, Miyaqi və Fukuşima prefekturalarında hiss olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər