18 Sentyabr 2014 09:52
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiyada bu gün gələcək taleyini həll edəcək referendum keçirilir.

Teleqraf.com-un BBC-ə istinadən verdiyi xəbərə görə, referendumun yüksək fəallıq gözlənilir – səsvermədə iştirak etmək üçün 4 milyon nəfərdən çox adam qeydiyyatdan keçir.

Şotlandiyada 2608 səsvermə məntəqəsi açılıb; onlar səhər saat 7-dən axşam saat 10-dək (11:00 – 02:00, Bakı vaxtı ilə) işləyəcəklər.

Referendumun nəticələrinin cümə günü səhər elan olunacağı gözlənilir.

Daily Telegraph-ın redaksiya məqaləsində yazdığı kimi, referendumun nəticələrindən asılı olmayaraq, Böyük Britaniya heç vaxt əvvəlki kimi olmayacaq.

Referendumun rəsmi nəticələri Şotlandiyanın bütün 32 inzibati bölgələrindən nəticələr daxil olduqdan sonra elan ediləcək.

2010-cu ildə ümumi seçkilər və 2011-ci ildə Şotlandiya parlamentinə seçkilər zamanı səslərin hesablanması nəzərə alınsa, bunun səhər saat 6:30 və 7:30 arasında baş verəcəyi gözlənilir.

Şotlandiyanın müstəqil ölkə olmaq yaxud Birləşmiş Krallığın tərkibində qalmaq seçiminin cümə günü səhər saat 6-yadək (9:00, Bakı vaxtı ilə) aydın olacağı ehtimal olunur.

Samir


Müəllif:

Oxşar xəbərlər