3 Noyabr 2019 15:16
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Afyonkarahisar vilayətində dönərdən zəhərlənməsi şübhəsi ilə 67 nəfər xəstəxanaya yerləşdirilib.

Teleqraf.com-un məlumatına görə, onlar hamısı yerli universitetin tələbəsidir. Zəhərlənən tələbələrdə ürək bulanması və qarın ağrısı müşahidə edilib.

Afyonkarahisar vilayətinin Əkinçilik və Meşəçilik İdarəsi dönərin nümunələrini götürüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər