3 Noyabr 2019 16:15
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin noyabrın 3-də yerli vaxtla səhər 11:22-də (Bakı vaxtı ilə 8:22-də) Yerin müşahidəsi üçün orbitə “Gaofen-7” peykini buraxıb.

Teleqraf.com xəbər verir ki, peykin “Long March 4B” raketdaşıyıcısı ilə buraxılışı ölkənin şimalındakı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.

Peyk xəritələrin hazırlanması, təbii ehtiyatların tədqiqatı, yaşayış məntəqələrinin layihələndirilməsi, ətraf mühitin qorunması və təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər