3 Noyabr 2019 13:58
1 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərindən geri çəkilən rəqibi sabiq konqresmen Beto Orurku itə bənzədib.

Teleqraf.com xəbər verir ki, Tramp Orurkun bir it kimi təslim olduğunu söyləyib.

Mississippi ştatında keçirilən mitinqdə çıxışı zamanı ABŞ prezidenti Demokratlar Partiyasından olan Orurku yazıq kimi xarakterizə edib.

Trampın İŞİD lideri Əbubəkr əl-Bağdadi barədə "it kimi öldü" ifadəsindən sonra Beto Orurk barədə "it kimi təslim oldu" fikirlərini səsləndirməsi diqqət çəkib.


Müəllif: Teleqraf.com