3 Noyabr 2019 21:11
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qars vilayətində 3 PKK terrorçusu zərərsizləşdirilib.

Teleqraf.com Türkiyə DİN-ə istinadən xəbər verir ki, əməliyyat vilayətin jandarma komandanlığının xüsusi təyinatlı dəstələri tərəfindən həyata keçirilib. Əməliyyat zamanı üç PKK terrorçusu zərərsizləşdirilib.

Bölgədəki əməliyyatlar davam edir.

Xatırladaq ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb.


Müəllif: Teleqraf.com