3 Noyabr 2019 21:27
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa-İsveçrə müğənni və aktrisası Mari Laforet İsveçrənin Jenol şəhərində 80 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) xəbər verib.

Mari Laforet (əsl adı Mayten Mari Brijit Dümenak) 1939-cu ildə Sulak-Sür-Mer şəhərində anadan olub. O, ilk dəfə 19 yaşında, fransız televiziya kanallarından birində "Ulduzun doğuşu" yarışmasında səhnəyə çıxıb. 23 yaşında səhnədə populyarlıq qazanıb. 1978-ci ildə İsveçrəyə köçüb və İsveçrə vətəndaşlığını alıb.

Laforet "Parlaq günəşdə" (Plein soleil, rejissor Rene Klemant, 1960), "Sərgüzəştçilər" (Les morfalous, rejissor Anri Verney, 1984), "Sprut-3" (La piovra, rejissor Luigi Perelli, 1987) serialları daxil olmaqla onlarla film və serialda rol almışdır. Alen Delon və Jan-Pol Belmondo ilə əməkdaşlıq etmişdir.


Müəllif: Teleqraf.com