ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatının qubernatoru Qevin Nyusomu pis idarəetmədə ittiham edərək arası kəsilməyən yanğınlara görə onu tənqid edib.
Teleqraf.com xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı özünün "Twitter"dəki səhifəsində yazıb.
"Kaliforniyanın qubernatoru Qevin Nyusom meşə təsərrüfatının aparılması üzrə işi olduqca pis görüb. Birinci görüşümüzdə dedim ki, o, meşənin torpağının səthi təmizləməlidir, baxmayaraq ki, rəhbərlər ondan tələb edirlər - ekologiya uğrunda döyüşənlər… Hər il, nə vaxt ki, yanğınlar baş verir və Kaliforniya yanır, eyni (hadisələr-red) olur və o federal hakimiyyətə $$$ (qiymətinə -red) yardım hesabına (başa-red) gəlir. Kifayətdir", - deyə Tramp "Twitter"də yazıb.
Qeyd edək ki, hər il Kaliforniya ərazisində güclü yanğınlar baş verir. Ərazidə tez-tez müşahidə edilən güclü külək yanğınların yayılmasına imkan yaradır.
Ştatdakı güclü meşə yanğınları nəticəsində ötən ilin noyabrında 86 nəfər həlak olub, təxminən 14 min ev dağılıb, habelə 528 ticarət binası və 4000-dən çox digər tikililər zərər çəkib.