Amerika əsgərləri "İslam Dövləti"nə qarşı hərbi missiyaya cəlb edilməyəcək
ABŞ Dövlət katibi Con Kerri İŞİD-ə qarşı mübarizədə Amerika əsgərlərinin hərbi missiyaya cəlb edilməyəcəyini deyib.
Teleqraf.com-un amerikanınsesi.org-a istinadən verdiyi xəbərə görə, Kerri Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın "İslam Dövləti" qrupuna qarşı strategiyası ilə bağlı qanunvericilərin suallarını cavablandırıb. O deyib ki, hazırkı vəziyyət 1991-ci və 2003-cü illərdə ABŞ hərbi qüvvələrinin döyüşmək üçün Küveytə və İraqa göndərildiyi vaxtla eyni deyil. Onun sözlərinə görə, ABŞ hərbi personalının əsas missiyasi İraq qüvvələrinə təlim və dəstək verməkdən ibarətdir.
Dövlət katibi Kerri həmçinin Konqresin Suriyada mötədil müxalifət qüvvələrinin silahlandırılması və onlara təlim verilməsi üçün maliyyə vəsaiti ayırmasının əhəmiyyətini vurğulayıb.
Con Kerri "İslam Dövləti" qrupu ilə müzakirə ediləsi heç bir şeyin olmadığını deyərək, militantları "sülh mahiyyətli dini təhqir edən daş dövrünün qatilləri" adlandırıb.
Samir