4 Noyabr 2019 10:24
2 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Azadlıq Ordusunun (SAO) hərbçiləri içində amerikalı əsgərlərin olduğu hərbi texnikaya atəş açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı hərbi nümayəndəsi, general-mayor Yuri Borenkov məlumat verib.

General olay zamanı ölən və yaralananların olmadığını bildirib: “Amerikalı hərbçilərin olduğu texnika İraq sərhədləri istiqamətinə hərəkət edərkən, Türkiyə tərəfindən dəstəklənən Suriya Azadlıq Ordusunun hücumuna məruz qalıb. İtki yoxdur”.

Hələlik məsələ ilə əlaqədar nə rəsmi Vaşinqton, nə də Ankaradan açıqlama verilib.

Türkiyə KİV baş verən olayın təxribat ola biləcəyini istisna etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər