4 Noyabr 2019 16:11
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyada yerləşdirdiyi “S-300” və “S-400” hava hücumundan müdafiə sistemlərini bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Rəsmi Moskva hələlik mediada yayılan məlumatlara açıqlama verməyib.

İsraildə fəaliyyət göstərən Debka saytı Rusiyanın Xmeymim hərbi hava bazasındakı aktiv “S-400”-ləri səssizcə bağladığını bildirib.

Məlumatda Rusiyanın bu addımın bir sıra səbəblərinin olduğu bildirilib.

Mənbə bağlama qərarının maliyyə səbəbləri ilə izah etsə də, sözügedən sistemlərin Suriyadan çıxarılmasına hazırlıq məqsədi daşıdığı da istisna edilməyib. Lakin Rusiyanın bu addımının sistemləri daha baha qiymətə satmaq niyyətindən irəli gəldiyinə də diqqət çəkilib.

İddiaya görə, Rusiya passiv fazaya keçirdiyi “S-400”-lərə yeni müşatəri tapdığı üçün bu addımı atıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər