4 Noyabr 2019 22:45
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın xarici işlər naziri Peter Szijjarto almaniyalı həmkarı Heiko Maasla keçirilən mətbuat konfransında Türkiyəni müdafiə etməsi rezonans doğurub.

Teleqraf.com xəbər verir ki, Szijjartonun Türkiyə ilə Macarıstanın müdafiə sənayesi sahəsində əməkdaşlığına dair suala cavabı maraqla qarşılanıb.

"Xahiş edirəm Türkiyə haqqında danışanda onun NATO üzvü olduğunu unutmayaq. Sizin səylərinizi başa düşürəm, amma Türkiyə NATO üzvüdür. Türkiyə NATO-nun ikinci böyük hərbi gücüdür. Türkiyə NATO-da müttəfiqimizdir. Müdafiə sənayesində Türkiyə ilə əməkdaşlıq etməyimiz çox təbiidir. Təbii ki, bu işbirliyi gələcəkdə də davam edəcək", - deyə macar nazir bildirib.

O,Türkiyənin həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatına da dəstək göstərdiklərini ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər