Yaponiya hökuməti sabah Ukraynadakı vəziyyətə görə, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb.
Məlumatlarda yeni sanksiyaların 19 bənddən ibarət olacağı bildirilir.
Qadağaların əsasən enerji və maliyyə sektoruna yönələcəyi, həmçinin Yaponiyaya daxil olan rus vətəndaşlarının qara siyahısının tərtib ediləcəyi gözlənilir.
Bundan başqa, Rusiya prezidenti Vladimir Putinin 2014-cü ildə Yaponiyaya planlaşdırılmış səfərinin də təxirə salınacağı gözlənilir.
Xatırladaq ki, Yaponiya ilk dəfə bu ilin martın 18-də Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Rusiyanın Krımdakı mövqeyi olub. Avqustun əvvəllərində isə Yaponiya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib. Buna cavab olaraq, rəsmi Moskva bir neçə yapon vətəndaşının vizasını ləğv edib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.