5 Noyabr 2019 09:58
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ düşmən münasibətlərindən imtina edənədək İranı iflic edən sanksiyaları davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

İran hakimiyyətinin terrorizmə dəstək verdiyi qeyd edilən açıqlamada çoxlu sayda silahsız insanın bu siyasətin qurbanı olduğuna diqqət çəkilib:

“İran hakimiyyəti uğursuz xarici siyasətinə görə mülki insanları hədəf alır. İran bu mövqeyini və düşmən münasibətləri dəyişdirənədək iflicedici sanksiyaların tətbiqinə davam edəcəyik.

İran bu sanksiyalardan yayınmaq üçün terrorizmə dəstək vermək yerinə öz xalqının müqəddəratını düşünməlidir. Əsir alma, sui-qəsd, sabotaj, dəniz quldurluğu və qlobal neft bazarlarına hücum yerinə sülhü seçə bilər. ABŞ sülhün arxasındadır və İran xalqını dəstəkləyir. İndi İran rejimi də eyni addımı atmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu