“Rəsmi Afina Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistana səfərindən əvvəl Yunanıstan Prezidenti Prokopis Pavlopulos deyib.
Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında beynəlxalq vasitəçilik missiyasını dəstəklədiyini diqqətə çatdırıb:
“Yunanıstan ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edir və yalnız beynəlxalq hüquq əsasında həllini dəstəkləyir. Buna görə də ATƏT-in Minsk Qrupunun sülh yolu ilə həll səylərini dəstəkləyirik”.
Yunanıstan başçısı bu gün Ermənistana səfər edəcək.