İraqın paytaxtı Bağdadda baş nazirin kabinetinə və dövlət televiziyasının binasına yürüş etmək istəyənlərə polisin açdığı atəş nəticəsində 4 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, İraq Səhiyyə Nazirliyinin yaydığı açıqlamada olay zamanı 35 nəfərin yaralandığı bildirilib.
İraqda ölkə miqyasında hakimiyyət əleyhinə kütləvi nümayişlər davam edir.