5 Noyabr 2019 11:28
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadiyə qarşı keçirilən əməliyyatda iştirak edən köpəyi tezliklə Ağ Evə gətirəcəyini deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Prezident köpəkləri sevdiyini də bildirib: “Mən köpəkləri sevirəm. Bu köpək isə xüsusi tərifə layiqdir və tezliklə Ağ Evə gələcək”.

ABŞ prezidenti oktyabrın 27-də İŞİD liderinin öldürüldüyünü elan edib. Bağdadi Suriyanın İdlib əyalətində xüsusi əməliyyat zamanı məhv olunub.


Müəllif: Mənsur Rəğbətoğlu