Türkiyənin Samsun şəhərində işlədiyi şirniyyat sexinin yuxarı mərtəbəsində yaşayan qıza təcavüz etmək istəyən gənc həbs edilib.
Teleqraf.com xəbər verir ki, 23 yaşlı oğlan anası ilə yaşayan Ç.D.-nı zorlamaq üçün işlədiyi yerin yuxarı mərtəbəsindəki eyvana dırmaşıb. Evə girərək qızın ağzını tutub "bu gecə mənim könlümü oxşayacaqsan" deyən təcazüzkar onu zorlamaq istəyib. Qız müqavimət göstərərək səs-küy çıxarıb və anası yuxudan ayılıb. Qadının qızını çağırmasından qorxuya düşən oğlan eyvandan tullanaraq qaçıb.
Edilən şikayətdən sonra axtarışa verilən Bilal A. həbs olunub. Məhkəmədə ifadə verən gənc "qışqırmaması üçün ağzını tutdum, amma istəmədiyini görüb çıxıb getdim" deyib. Məhkəmədə iştirak edən 29 yaşlı zərərçəkən şikayətçi olduğunu deyib.
Bilal A. 4 il 2 ay həbs cəzası alaraq həbsxanaya göndərilib.
Uğur