“Türkiyənin Suriyadakı əsas problem kürdlər yox, PKK-dır. Təəssüf ki, PKK suriyalı kürdlər üzərindən legitimlik qazanmağa cəhd etdi. Suriyadakı kürdlərin başına gələnlər də bu yanlış siyasətin nəticəsidir”.
Teleqraf.com xəbər verir ki, bunu Şimali İraq kürd muxtariyyətinin baş naziri Nərçivan Bərzani deyib.
Bərzani Türkiyənin bölgədə anti-terror əməliyyatları başlamasının PKK terror təşkilatına bir cavab olduğunu bildirib:
“Türkiyə açıq şəkildə bildirdi ki, Suriya ilə sərhədlərdə PKK bayraqlarının asılmasına icazə verməyəcək. Bu barədə bizə də bildirmişdilər. Biz də Suriyadakı soydaşlarımızı başa salmağa çalışdıq ki, bu, yanlış siyasətdir, bunun üçün çox ciddi cəhdlərimiz oldu.
Türkiyə bizdən vasitəçilik etməyimizi istədi, kürdlərin PKK-dan ayrılmasını istədi. Amma təəssüf ki, PKK kürdlər üzərindən legitimlik qazanmağa çalışdı. Suriyada kürdlərin başlarına gələn fəlakət də bu yanlış siyasətin nəticəsidir”.