Ukraynadakı separatçıların lideri Dmitri Yaroş prezident Pyort Poroşenkonu hədələyib.
Teleqraf.com-un lenta.ru-a istinadən verdiyi xəbərə görə, Yaroş Poroşenkonu devrilmiş dövlət başçısı Viktor Yanukoviçin taleyinin gözləyəcəyini bildirib.
O, bununla Ukrayna Ali Radasında Donbasla bağlı qəbul edilmiş xüsusi status haqqında qanuna reaksiyasını ifadə edib: “Əgər Poroşenko düşünməyəcəksə, Ukraynada yeni prezident və ali baş komandan olacaq. Buna inanmayanlar Yanukoviçə məktub yaza bilərlər. O? bunu təsdiq edə bilər”.
Qanunla bağlı danışan Yaroş bunu qeyri-qanuni və heç bir hüquqi qüvvəsi olmayan məsələ adlandırıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.