7 Noyabr 2019 11:48
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Türkiyə arasında Suriya böhranına görə gərginliyin artması Moskva və Ankaranı bir-birinə daha da yaxınlaşdırdı. Buna görə də tez-tez Türkiyəyə nümayəndə heyəti göndərən Vaşinqton əlaqələri bərpa etməyə çalışır. Bu istiqamətdə konfedensial danışıqlar gedir. Prezident Donald Tram ayın 13-də həmkarı Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə gözləyəcıyini deyib. Trampın göndərdiyi nümayəndə heyəti bu səfərin reallaşması üçün Ankaraya gəlib. Tramp Ərdoğanı bu səfərə razı salmağa və danışıqların gündəliyini müəyyənləşdirməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Ərdoğan Konqresin Nümayəndələr Palatasının məlum qətnaməsinə görə ABŞ səfərini təxirə saldığını elan etmişdi:

“Qənaətimə görə, Ərdoğanla Tramp arasında isti münasibətlər var. Tramp Türkiyəyə güzəştə gedir və onun maraqlarını tanıyır. Təsadüfi deyil ki, “Sülh çeşməsi” əməliyyatları Ərdoğanın Trampla telefon danışığından sonra reallaşdı.

Hesab edirəm ki, Ərdoğanın Vaşinqton səfəri baş tutsa maksimum güzəştlər əldə etməyə çalışacaq. Tramp isə güzəşt məsələsində tərəüddüd edir. Çünki belə bir kompromis olsa, demokratlar seçkiqabağı onu hədəfə gətirə bilər. Bu baxımdan düşünmək olar ki, Trampın Türkiyə barədə qərara verməsi çətinləşib. Artıq Ərdoğan da Trampla görüşün xüsusi əhəmiyyət kəsb etmədiyinin fərqindədir”.

Məhəmməd Əsədullazadə ABŞ-ın Suriyadakı son fəaliyyətlərinə də diqqət çəkib:

“ABŞ Suriyanın neftlə zəngin şərq bölgəsində yeni hərbi baza yaradır. Buna görə də həmin bölgədə YPG terror təşkilatının yenidən fəallaşması mümkündür. Bu da tərəflər arasında yeni gərginliyə yol açacaq.

Hesab edirəm ki, ABŞ-Türkiyə probelmləri Ərdoğanın bu səfəri ilə normallaşmayacaq. Gərginlik yüksələn xətt üzrə gedəcək. Bundan sonra ABŞ və Türkiyə arasında müttəfiqlik əlaqəsindən danışmaq mümkün olmayacaq.

ABŞ Yaxın Şərqdə Türkiyəsiz yeni nizam qurmaq üçün plan üzərində işləyir. Bu strategiya Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Türkiyədə buna qarşı müqavimət göstərir və planları pozur. ABŞ Türkiyənin maraqlarını tanımayacaqsa, müttəfiqlik əlaqələri də olmaycaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər