Cümə axşamı günü Bağdadda barrikadaları dağıdıb şəhərin mərkəzinə yürüş etmək istəyən nümayişçilərdən 4-ü güllə atəşi nəticəsində həlak olub.
Teleqraf.com xəbər verir ki, etirazçılar hökumət binaları və xarici səfirliklərin yerləşdiyi Yaşıl Zonaya getməyə cəhd edib.
Qarşıdurma zamanı daha 24 nümayişçi xəsarət alıb. Təhlükəsizlik və səhiyyə rəsmilərinin bildirdiyinə görə, qüvvələr etirazçılara qarşı güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Aksiya iştirakçıları Dəclə çayının mərkəz sahilinə aparan iki körpüdəki barrikadaları dağıdıb.
Hazırda Yaşıl Zonaya gedən bütün körpülər bağlıdır. Bölgəyə əlavə qüvvələr yerləşdirildiyi bildirilir.
Rəsmilərin heç biri qaydalara uyğun olaraq adlarının açıqlanmasını istəməyib.
Oktyabrın əvvəlindən başlayan nümayişlər korrupsiya, iqtisadi durğunluq və keyfiyyətsiz dövlət xidmətlərinə qəzəbdən qaynaqlanır.
Ötən cümə günü İraqın şiə dini qurumu hökumət əleyhinə bir aydır davam edən dinc nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı azı 250-dən çox adamın ölümü ilə nəticələnən hücumlarını qınayıb.