9 Noyabr 2019 13:00
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi inteqrasiyadan sonra Rusiya və Belarus siyasi ittifaq məsələsinə baş vuracaqlar. Nə tələb olunacaq? Hazırda yalnız bunu dəqiq demək olar: Moskva əlləri sıxaraq siyasi inteqrasiya tələb edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskvada çıxan “Kommersant” qəzeti yazır.

Qəzetin 9 noyabr tarixli sayında dərc edilmiş edilmiş “İttifaq dövlətinin taleyi xəritədə” başlıqlı məqalədə qeyd olunur ki, iki ölkə hökuməti iqtisadi inteqrasiya proqramında nəzərdə tutulmuş yol xəritələrinin yarısından çoxunu (31-dən 16-sı) razılaşdırıblar:

“Ancaq daha maraqlısı bu məlumatdır. Rusiya Federasiyasının dövlət strukturlarındakı mənbə “Kommersant”a iki ölkənin qanunvericiliyinin uyğunlaşdırılması ilə bağlı söhbətində izah edib ki, vahid aktlar birlik dövlətində olmayan millətlərarası orqanların mövcudluğunu nəzərdə tutur. Ancaq vahid konstitusiya məsələsində olduğu kimi bu məsələdə də indiyədək razılaşmaq mümkün deyil”.

Yazıda qeyd olunur ki, iqtisadi yol xəritələrində yazılanların hamısını yerinə yetirdikdən sonra assosiasiya çərçivəsində siyasi inteqrasiya barədə danışmaq mümkün olacaq. Moskva nəşrinin mənbəyi bildirib ki, bundan sonraki ideya siyasi tərəflərə keçməkdir.


Müəllif: Səxavət