9 Noyabr 2019 15:03
1 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brejnev durğunluğu” dövründə bir neçə yüz axmaqdan başqa bütün ölkə SSRİ-də həyatın yalan üzərində qurulduğunu anladı. Sovet xalqı işləməyi xoşlamırdı və bunu axmaqlar üçün məşğuliyyət hesab edirdi.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Rosnano” Açıq Səhmdar Cəmiyyətinin sədri, Rusiyanın keçmiş maliyyə naziri və baş nazirinin sabiq birinci müavini Anatoli Çubays bildirib.

“Yutub”da yerləşdirilən Aleksey Pivovarovun “İmperiyanın ölümü” sənədli filmində öz fikirlərini açıqlayan A.Çubays deyib:

“Gündəlik, davamlı yalanlar tamaşaçıları yeni əmək uğurları ilə sevindirən “Zaman” (“Vremya”) verilişi aparıcılarının iyrənc səsi ilə başlayırdı. Bundan sonra sən mağazaya gedirsən, orada çürük kələm görürsən və axşam yenidən “Zaman” proqramına baxmaq üçün televizoru yandırırsan. Yalanın dərinliyi elə idi ki, uşaqlar və böyüklər bunu başa düşdülər, hamı başa düşdü”.

A.Çubays SSRİ vətəndaşlarının tənbəl olduğunu da qeyd edib: “Qoy işi dəmir mişar görsün, anam məni dünyaya işləmək üçün gətirməyib. Həmin dövrdə insanlar işə bu cür münasibət bəsləyirdilər. Bu yanaşma kəndlilər dövründən bəri formalaşıb”.

Sonra Çubays iki sovet adamının dialoqunu misal gətirib: “Onlardan biri 140 rubl maaşı olan işə düzəlir. Digəri isə ona belə cavab verir: “Yaxşı, axmaq! Mən 110 rubl alıram və heç bir iş görməyimə ehtiyac yoxdur. Sovet adamının, sovet hakimiyyətinin mahiyyəti budur. İşləyən axmaqdır”.

O bu vəziyyətə görə ölkə rəhbərliyinin günahkar olduğunu qeyd edib: “Mənim həyatımda keçmiş sovet hakimiyyətindən daha iyrənc bir şey yoxdur”.


Müəllif: Səxavət