9 Noyabr 2019 15:16
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə ABŞ və Rusiya arasında diplomatik səfərlər yenidən intensivləşib. Türkiyə Prezidentin mətbuat katibi İbrahim Kalın İstanbulda ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Cefri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş Prezident Administrasiyasına məxsus “Dolmabağça” sarayında gerçəkləşib.

Türkiyə vaxtı ilə saat 10:30-da başlayan görüş təxminən 1,5 saat davam edib. Danışıqlar mətbuat üçün qapalı olub.

Ancaq görüş zamanı Suriya ilə sərhəddə təhlükəsiz bölgə, Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri, İdlibdəki son vəziyyət və Suriyada siyasi həll yollarının müzakirə edildiyi açıqlanıb.


Müəllif: Səxavət