10 Noyabr 2019 09:28
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və ABŞ-ın ölkədəki səfiri Devid Saterfild ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, İstanbulun Dolmabahçe rayonunda mətbuata qapalı keçirilən görüş bir saat yarım davam edib.

Görüşdə Suriyadakı son vəziyyət və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də baş tutacaq ABŞ-a səfərinin detalları müzakirə edilib.

BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində Suriya Konstitusiya Komitəsinin işinin sürətlə başa çatmasının və Suriyada şəffaf, ədalətli və azad seçkilərin keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Türkiyə tərəfi görüşdə, İŞİD və PYD/YPG/PKK terror təşkilatları da daxil olmaqla, terrorla mübarizəyə sadiqliyini bir daha təsdiqləyib.


Müəllif: Teleqraf.com